Ötən gün dünya mediasında məşhur aktyor Leonardo Di Kaprionun sevgilisi Kamila Morronedən ayrıldığı barədə xəbərlər yayıldı. Az keçməmiş aktyorun ukraynalı 22 yaşlı model Mariya Bereqova ilə görüşdüyünə dair iddialar ortaya atıldı.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, iddialara görə Di Kaprio iyul ayında bir xanımla Sen-Tropezdə yaxtada istirahət edərkən paparasilərin obyektivinə tuş gəlib. Həmin xanımın 22 yaşlı ukraynalı model Mariya Bereqova olduğu üzə çıxıb.
Mariya Bereqova nüfuzlu ukraynalı iş adamının qızı və əczaçılıq biznesinin varisidir. O, İsveçrədə böyüyüb, hazırda Böyük Britaniyada təhsil alır. Mariya bu yaxınlarda 30 yaşlı ərəb iş adamından boşanıb. Onun keçmiş əri Monakoda daşınmaz əmlak və moda ilə məşğuldur və Müəmmər Qəddafinin nəvəsidir.
Bu fakt Leonun “25 yaşından yuxarı qadınlarla görüşə bilməz” fikrini bir daha təsdiqləyib. Beləki, Di Kaprionun sevgililərinin yaşı həmişə 25 yaşdan aşağı olub.
Bu yaxınlarda ayrıldığı model Kamila Morronenin də 25 yaşı ötən aylarda tamam olmuşdu.
Tanınmış aktyorun 25 yaşdan aşağı olan sevgililərini təqdim edirik:
.jpg)
Leonardo Di Kaprio (20) və Bridcet Holl (17) - 1994

Leonardo Di Kaprio (22) və Kristen Zan (22)- 1996
.jpg)
Leonardo Di Kaprio (24) və Yeva Herziqova (25) - 1998
.jpg)
Leonardo Di Kaprio (31) və Gizel Bündçen (25) - 2005
.jpg)
Anna Vyalitsyna (23 yaş) və Leonardo Di Kaprio (35 yaş) - 2009
.jpg)
Leonardo Di Kaprio (36) və Bar Refaeli (25) - 2010
.jpg)
Leonardo Di Kaprio (37) və Bleyk Liveli (23) - 2011
.jpg)
Leonardo Di Kaprio (38) və Erin Heatherton (22) - 2012
.jpg)
Leonardo Di Kaprio (39) və Toni Qarn (21) - 2013

Leonardo Di Kaprio (41) və Kelli Rorbax (25)- 2015
.jpg)
Nina Aqdal (24) və Leonardo Di Kaprio (42) - 2016
.jpg)
Kamila Morrone (24) və Leonardo Di Kaprio (47) -2021

Maria Bereqova (22 yaş) və Leonardo Di Kaprio (47 yaş)