Ağdam rayonu ərazisində avtomobil yolu keçən piyadanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyunun 20-də saat 16 radələrində Ağdam rayonu, Əhmədağalı kəndinin ərazisində Vüsal Vəliyev idarə etdiyi avtomobillə yolu keçən İmamqulubəyli-1 qəsəbə sakini Vüsal Abışovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.