BAKI, 26 may. TELEQRAF
Böyük Britaniyanın yeni səfiri Dunkan Norman Azərbaycana gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.
"Azərbaycana Böyük Britaniyanın yeni təyin olunmuş səfiri kimi gəlmək çox qürurverici bir hissdir. Sizlərlə tanış olub, birlikdə çalışmağı səbirsizliklə gözləyirəm",- səfir qeyd edib.