BAKI, 17 aprel. TELEQRAF
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Brüsseldə Avropa Xarici Əlaqələr Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə baş direktorunun müavini Audrone Perkauskiene ilə görüşüb.
xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, Audrone Perkauskiene və Yalçın Rəfiyevin həmsədrliyi ilə Aİ-Azərbaycan danışıqları keçirilib:
"Gələcəyə yönəlik səmərəli danışıqlar keçirilib. İkitərəfli saziş və tərəfdaşlıq prioritetləri üzrə əhəmiyyətli irəliləyiş əldə olunub. Tərəflər dinamikliyi qorumaq üçün iyun ayında yenidən Bakıda görüşəcəklər".