BAKI, 14 fevral. TELEQRAF

Bu gün Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadeful ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Qeyd edilib ki, görüş zamanı Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər siyasi dialoqun genişləndirilməsi, enerji təhlükəsizliyi, yaşıl keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlıq sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.

Bununla yanaşı, regionda mövcud vəziyyət, Ermənistan–Azərbaycan normallaşma prosesi və post-münaqişə dövründə həyata keçirilən bərpa və yenidənqurma işləri də diqqət mərkəzində olub.