BAKI, 13 yanvar. TELEQRAF

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusevlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Yuri Qusev sosial media hesabında paylaşım edib.

"Görüşdə ikitərəfli əməkdaşlıq və beynəlxalq əlaqələr müzakirə olunub, həmçinin Ukraynaya göstərilən ardıcıl dəstək və humanitar yardıma görə Azərbaycana təşəkkür edilib",- paylaşımda bildirilib.