BAKI, 26 dekabr. TELEQRAF
"Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında müdafiə potensialının artırılmasında heç bir narahatlığa səbəb yoxdur".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, təşkilata üzv dövlətlər arasında ən müxtəlif sahələrdə intensiv əməkdaşlığın genişləndiyinin şahidi oluruq:
“Xüsusilə mülki müdafiə və fövqəladə hallar sahəsində əməkdaşlıq ötən il daha da güclənib. Üzv ölkələr arasında ümumilikdə 35 əməkdaşlıq platforması mövcuddur. 2025-ci ildə Türkiyədə keçirilən 18 təlimdə Azərbaycan hərbçiləri iştirak edib, həmçinin Özbəkistan və Qazaxıstanda təşkil olunan iki təlimə qatılıblar".