BAKI, 3 dekabr. TELEQRAF

ABŞ-nin briqada generalı Azərbaycana gəlib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

"ABŞ-nin Avropa Komandanlığının (EUCOM) Tərəfdaşlıq, Təhlükəsizlik, Əməkdaşlıq və Kütləvi Qırğın Silahlarının Qarşısının Alınması üzrə direktor müavini, briqada generalı Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları ilə birgə Vətən uğrunda canlarını qurban verənlərin xatirəsini ehtiramla anmaq üçün Şəhidlər xiyabanını ziyarət edib",- paylaşımda qeyd olunub.