BAKI, 1 dekabr. TELEQRAF
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ölkə Prezidentinin kənd təsərrüfatı və iqtisadi məsələlər üzrə müşaviri Vəliyullah Ağayarzadə ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, görüşdə iki ölkə arasında kənd təsərrüfatı və ticarət sahələrində əməkdaşlığın inkişafı perspektivlərinə dair fikir mübadiləsi aparılıb.