BAKI, 12 noyabr. TELEQRAF

Tammiqyaslı işğal başladıqdan sonra Rusiya sistematik olaraq Konvensiya kimyəvi silahların inkişafı, istehsalı, yığılması və istifadəsi ilə onun məhvinə qarşı Konvensiya pozaraq döyüş meydanlarında qadağan olunmuş maddə və qurğular tətbiq edir.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev öz müəllif yazısında yazıb.

Diplomat deyib ki, beynəlxalq hüquq normalarına riayət olunmasına əsaslanan dünya sistemi Ukraynada baş verən hadisələr fonunda ciddi sınaq qarşısındadır:

"Tammiqyaslı işğal başladıqdan sonra Rusiya sistematik olaraq Konvensiya kimyəvi silahların inkişafı, istehsalı, yığılması və istifadəsi ilə onun məhvinə qarşı Konvensiya pozaraq döyüş meydanlarında qadağan olunmuş maddə və qurğular tətbiq edir. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü ilin fevralından 2025-ci ilin iyununa qədər azı 11 299 dəfə zəhərli kimyəvi maddələr (xlorpikrin də daxil olmaqla) ilə təchiz olunmuş sursatların tətbiqi qeydə alınıb. Nəticədə, kimyəvi hücumlar səbəbindən 2 591 Ukrayna hərbçisinin tibbi yardım üçün müraciət etdiyi və bir neçə döyüşçünün müəmmalı maddələrlə kəskin zəhərlənmə nəticəsində həyatını itirib".

Yuri Qusev vurğulayıb ki, Konvensiyanın pozulması yalnız Ukraynanın problemi deyil, həm də bütün sivil dünya üçün real təhdiddir:

"Bu gün beynəlxalq səyləri birləşdirmək və təzyiqi gücləndirmək, Rusiyanın Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQƏT) İcraiyyə Şurası kimi orqanlarda yer tutmasına qəti şəkildə imkan verməmək vacibdir. . Biz tam səmimiyyətlə Azərbaycan tərəfindən genişmiqyaslı müharibənin ilk günlərindən etibarən Ukrayna xalqına göstərilən yardım və dəstəyə minnətdarıq, və bu gün yenidən həmrəylik nümayiş etdirərək Ukraynaya, Slovakiyaya və Sloveniyaya dəstək vermək çağırışı ilə müraciət edirik. Birgə səylərimizlə biz aydın siqnal verə bilərik və verməliyik ki, dünya kimyəvi silahın məsuliyyətsiz istifadəsinə dözməyəcək".