BAKI, 29 oktyabr. TELEQRAF
Türkiyənin xarici işlər nazirinin müavini Ayşə Berris Ekinci Bakıya səfəri çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş Türkiyə-Azərbaycan siyasi məsləhətləşmələri çərçivəsində baş tutub.
Tərəflər Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətləri, beynəlxalq əməkdaşlıq imkanlarını və ətraf mühitlə bağlı məsələləri müzakirə ediblər.