BAKI, 1 avqust. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 2025-2026-cı il üzrə Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edir.
Bu barədə Teleqraf-a XİN-dən bildirilib.
Qeyd edilir ki, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərə uyğun şəkildə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.
Avqustun 15-i müraciətlərin qəbulu üçün son tarixdir.
Müraciətlərin qəbulu yekunlaşdıqdan sonra tələblərə uyğun namizədlərlə seçim prosesinin növbəti mərhələsi üçün əlaqə saxlanılacaq.