BAKI, 10 iyul. TELEQRAF
Azərbaycan və Ermənistan sülh danışıqlarını yüksək səviyyədə davam etdirəcəklər.
Teleqraf xəbər ver ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən görüşdə bununla bağlı razılıq əldə olunub.
Həmçinin təmasların və danışıqların müxtəlif işçi qrupları səviyyəsində davam etdirilməsi qərarlaşdırılıb.