BAKI, 10 iyul. TELEQRAF
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən təkbətək görüş başa çatıb.
Teleqraf xəbər verir ki, danışıqlar təxminən 5 saat davam edib.
***
13:44
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş başa çatıb.
Teleqraf xəbər verir ki, liderlərin görüşü yenidən təkbətək formatda davam etdirilir.
***
12:28
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək formatda keçirilən görüşdə fasilə başa çatıb.
Teleqraf xəbər verir ki, hazırda görüş heyətlərin iştirakı ilə davam edir.
***
11:48
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək formatda davam edən görüşdə fasilə elan olunub.
Teleqraf xəbər verir ki, liderlərin görüşü bir qədər sonra davam edəcək.
****
11:26
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü olub.
Teleqraf xəbər verir ki, sonra görüş nümayəndə heyətlərinin iştirakı olmadan təkbətək formatda davam edib.
***
09:09
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.