BAKI, 9 iyul. TELEQRAF
İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüş Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində keçiriləcək.
İki ölkə liderlərinin danışıqları ikitərəfli formatda aparılacaq.