BAKI, 30 iyun. TELEQRAF
Azərbaycanda mina qurbanlarının sayı 399 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.
"Ermənistanın mina ilə çirklənmiş ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdən davamlı şəkildə imtina etməsi bu ərazilərdə yaşayan mülki şəxslər və digər insanlar üçün ciddi təhlükə yaradır. Beynəlxalq ictimaiyyət bu humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır", - paylaşımda deyilir.
Xatırladaq ki, bu gün işğaldan azad edilmiş ərazilərində növbəti mina hadisəsi baş verib. Ağdam rayonunda mina partlayışı nəticəsində bir polis əməkdaşı ağır yaralanıb. Partlayış nəticəsində onun sağ ayağı amputasiya edilib.