BAKI, 28 iyun. TELEQRAF

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iyunun sonuna planlaşdırılan Azərbaycana səfəri ləğv edilib.

Bu barədə Teleqraf-a diplomatik mənbələrdən məlumat daxil olub.

Məlumata görə, səfərin təxirə salınmasına səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsi hadisəsi olub.

Mənbələrin bildirdiyinə görə, hazırkı vəziyyətdə Azərbaycan tərəfi Overçukun və ya digər Rusiya rəsmilərinin səfərini məqsədəuyğun hesab etmir.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı azı 5 azərbaycanlı öldürülüb.
Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov da döyülərək qətlə yetirilib.

Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.