BAKI, 23 iyun. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin İranın nüvə obyektlərinə "əsassız" hücumlarının, yeni müharibə ocaqlarının yaranmasının dünyanı böyük təhlükəyə sürüklədiyini deyib.

Teleqraf xəbər verir ki, Rusiya dövlət başçısı necə olacağını açıqlamasa da, İran xalqına kömək etməyə çalışacağını vəd edib.

"ABŞ Prezidenti Donald Tramp və İsrailin açıq şəkildə Ali Rəhbər Ayətullah Əli Xameneinin öldürülməsi və rejimin dəyişməsi ilə bağlı spekulyasiyalar aparması Rusiyanın bütün bölgəni böyük bir müharibənin uçuruma yuvarlaya bilər", o bildirib.