
BAKI, 23 iyun. TELEQRAF
Almaniya kansleri Fridrix Merts İsrail və ABŞ-nin İrana qarşı hərəkətlərini tənqid etmək üçün heç bir səbəb görmür.
Teleqraf xəbər verir ki, bu barədə almaniya kansleri sosial şəbəkədəki paylaşımında qeyd edib.
"Bizim İsrailin İranda bir həftə əvvəl başladığı hücumu, eləcə də, Amerikanın keçən həftə sonu orada etdiklərini tənqid etmək üçün heç bir əsasımız yoxdur. Bu hərəkətlər "risksiz" hesab olunmur. Ancaq hər şeyi olduğu kimi qoymaq də bir seçim deyil", - deyə Merts paylaşımında qeyd edib.