BAKI, 20 iyun. TELEQRAF

MAQATE İranda nüvə silahının hazırlanmamasını təmin edə bilər.

Teleqraf xəbər verir ki, bunu Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi deyib.

“MAQATE güclü yoxlama sistemi vasitəsilə İranda nüvə silahının hazırlanmayacağını təminat altına ala bilər”, - Qrossi bildirib.