BAKI, 20 iyun. TELEQRAF

Pakistanın Tehrandakı səfirliyinin əməkdaşları Azərbaycana təxliyə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandaki səfiri Qasım Mohiuddin "X" hesabında paylaşım edib.

"Pakistan xarici işlər naziri Məhəmməd İshaq Darın göstərişi ilə İrandan diplomatik nümayəndəliyin əməkdaşları və onların ailə üzvləri daxil olmaqla 125 nəfər Azərbaycana təxliyə edilib. Bu gün onlar Bakıdan Pakistanın Lahor şəhərinə göndərilib", - paylaşımda deyilir.