BAKI, 13 iyun. TELEQRAF

Azərbaycan hökuməti İrandan təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, İranda yaranmış böhran vəziyyətinə görə bəzi ölkələrin İranda qalmış vətəndaşlarının təxliyəsi zərurətə çevrilib.

Azərbaycan tərəfinə edilmiş müraciətlər əsasında, ölkəmiz İran İslam Respublikasından təxliyələsinə dəstək göstərir.

Görülən müvafiq tədbirlər nəticəsində, yaxın günlərdə bir sıra ölkələrin nümayəndələrinin və vətəndaşlarının, o cümlədən İranda səfərdə olan Rusiyanın P. Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyətinin, habelə Rusiya Federasiyasının xalq artisti və rejissor Fyodor Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur.