
BAKI, 10 iyun. TELEQRAF
Yunanıstan Britaniya ilə Partenon heykəllərinin qaytarılması müzakirələrinə yenidən start verib.
Teleqraf-ın xəbərinə görə, heykəllərin Yunanıstana qaytarılması, əvəzində digər qədim yunan əsərlərinin Britaniya Muzeyinə verilməsi təklif olunur.
Qeyd edək ki, Yunanıstan hakimiyyəti uzun illərdir "Elgin mərmərləri" kimi tanınan Partenon heykəllərinin 19-cu əsrin əvvəllərində Afinadan qanunsuz aparıldığını və geri qaytarılmalı olduğunu iddia edir.
Heykəlləri saxlayan Britaniya Muzeyi isə onların qanuni yolla alındığını iddia edir.