BAKI, 9 iyun. TELEQRAF
Azərbaycan Fransa və Kosta-Rikanın birgə təşkil etdiyi "BMT-nin Okean Konfransı 2025"də təmsil olunub.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "X"də paylaşım edib.
"Fransa və Kosta-Rikanın birgə ev sahibliyi etdiyi BMT Okean Konfransında Azərbaycanı təmsil etməkdən qürur duyuram. İndi okeanı qorumaq və ondan davamlı şəkildə istifadə etmək üçün fəaliyyəti sürətləndirmək və bütün iştirakçıları səfərbər etmək vaxtıdır",- paylaşımda deyilir.

