BAKI, 21 may. TELEQRAF
"Müzəffər Prezident İlham Əliyevin adının tarixə bölgəyə sülh gətirən lider kimi yazılacağına əminəm".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdə (Macarıstan) keçirilən qeyri-rəsmi iclasında deyib.
“Can Azərbaycanın Ermənistanla sülh danışıqlarını yekunlaşdırmasından məmnunuq. İki ölkə arasında sülh türk dünyası üçün yeni fürsətlər yaradacaq. Müzəffər Prezident İlham Əliyevin adının tarixə bölgəyə sülh gətirən lider kimi yazılacağına əminəm”, - dövlət başçısı bildirib.