BAKI, 20 may. TELEQRAF
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına əsasən, Avropa İttifaqı (Aİ) ölkələrinə göndərilən saxta malların həcminə görə Çindən sonra Türkiyə ikinci yeri paylaşır.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, hesabata görə, saxta malların əlli faizi Çindən keçirilir, digər yarının 22 faizi Türkiyənin payına düşür.
İkinci yarıda Türkiyədən sonra 12 faizlə Honq Konq gəlir.
Saxta malların 58 faizi poçt, 17 faizi ekspres kuryer, 13 faizi hava yolları, 10 faizi isə qaçaqmalçılıq yolu ilə sərhəddən keçirilib.
Saxta mallara oyuncaq, kosmetik məhsullar, əczaçılıq məhsulları və texniki avadanlıqlar daxildir.