BAKI, 9 aprel. TELEQRAF

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld ilə görüş keçirib.

Bu barədə Teleqraf-a ANAMA-dan məlumat verilib.

Görüş zamanı, tərəflər işğaldan azad edilmiş ərazilərdə icra edilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları, Azərbaycanda mina təhlükəsi ilə mübarizə fəaliyyətinə beynəlxalq təşkilatların mümkün dəstəyi, eləcə də gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.