BAKI, 26 fevral. TELEQRAF
Türkiyə Müdafiə Nazirliyi sosial media hesabında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, qurum ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu cinayəti “tarixin qara ləkəsi” adlandırıb.
“Tarixin qara ləkəsi – Xocalı soyqırımı...
33 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən soydaşlarımıza Allahdan rəhmət diləyirik, Azərbaycan türkü qardaşlarımızın dərdinə şərikik”, - paylaşımda deyilir.
