BAKI, 1 iyun. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev Qurban Səidoviç Qurbanov "Dostluq" ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Qurban Səidoviç Qurbanov "Dostluq" ordeni ilə təltif edilsin".