BAKI, 8 may. TELEQRAF
Saat 11:00-a olan məlumata əsasən bəzi rayonlarda arabir şimşək çaxır, yağış yağır.
Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yağıntılar bəzi şimal və qərb rayonlarında intensiv xarakterlidir. Şahdağda isə arabir qar yağması müşahidə olunur.
Düşən yağıntının miqdarı Oğuzda 15, Ağdamda 14, Daşkəsən və Gədəbəydə 11, Gəncədə 5, Tərtərdə 4, Balakən, Qəbələ, Göygöl, Xınalıq və Qrızda (Quba) 3, Naftalan, Şəki və Göyçayda 2, Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Şəmkir, Bərdə, Ağstafa, Zaqatala, Yardımlı, Yevlax, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocavənd, Şuşa, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.
Mayın 7-də Gədəbəy rayonu ərazisinə saat 19:36-19:37 radələrində xırda ölçülü dolu düşüb.