BAKI, 20 aprel. TELEQRAF

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin I rübündə 98,3 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Teleqraf xəbər verir ki, onlardan 36 min şəxs münasib işlərlə təmin olunub, 228 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

3,6 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 58,5 min şəxsə peşəyönümü xidmətlər göstərilib.