BAKI, 20 mart. TELEQRAF
Bu gün Bakıda Ramazan bayramı münasibətilə namaz qılınıb.
Teleqraf xəbər verir ki, Əjdərbəy məscidində Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə bayram namazı qılınıb.
Saat 9:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.
Qeyd edək ki, bu il Ramazan ayı fevralın 19-da başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20-si və 21-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.