BAKI, 6 mart. TELEQRAF

Bu gündən VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayıb.

Teleqraf xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev altıncı müsabiqə ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müsabiqədə iştirak üçün artıq 400-ə yaxın şəxs qeydiyyatdan keçib.

Qeyd edək ki, qeydiyyat aprelin 16-da başa çatacaq.