BAKI, 16 fevral. TELEQRAF

Fevralın 17-18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qusar, Şamaxı, Xızı, Qobustan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Naftalanda, eyni zamanda Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.