BAKI, 28 yanvar. TELEQRAF

Azərbaycanın Xalq rəssamı Qəyyur Yunusun qızı Nigar Yunus həbs olunub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, o, İnzibati Xətallar Məcəlləsinin tələblərini pozub.

Bu səbəbdə məhkəmə onun barəsində 1 ay müddətində inzibati qaydada həbs qərarı çıxarıb.

Qeyd edək ki, Nigar Yunus sənətşünas və ekspert kimi fəaliyyət göstərir.