BAKI, 30 dekabr. TELEQRAF
2025-ci ilin 9 ayı ərzində respublika ərazisində 17301 təbii və texnogen mənşəli hadisə qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə 5118 hadisə və ya 12% çoxdur.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 45 nəfər həlak olub, 182 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 33 nəfər xilas edilib, 689 nəfər təxliyə olunub.
Bundan baqa, 2025-ci ilin 9 ayı ərzində ərzində respublika ərazisində 158 təbii mənşəli hadisə qeydə alınıb və nəticədə 3 nəfər həlak olub.
2025-ci ilin 9 ayı ərzində respublika ərazisində 17143 texnogen mənşəli hadisə qeydə alınmşb ki, bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə 5129 hadisə və ya 43% çoxdur.