BAKI, 25 dekabr. TELEQRAF
Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb.
Teleqraf xəbər verir ki, kəndə 147 nəfərdən ibarət 29 ailə köçürülüb.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
12:58
Bu gün doğma yurduna yola salınan köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.
Teleqraf xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə köçürülən 169 nəfərdən ibarət 37 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
06:22
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Teleqraf xəbər verir ki, Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 83 nəfərdən ibarət 20 ailə, Xanyurdu kəndinə 50 nəfərdən ibarət 12 ailə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 169 nəfərdən ibarət 37 ailə, Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 147 nəfərdən ibarət 29 ailə köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.