BAKI, 5 oktyabr. TELEQRAF

Bu gün Beynəlxalq Müəllimlər Günüdür.

Teleqraf xəbər verir ki, hər il oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.

Bu əlamətdar gün YUNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub.Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir.

Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına və bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələr aparmağa imkan yaradır.

Qeyd edək ki, Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır.

Rəsmi məlumatlara əsasən hazırda Azərbaycanda 150 mindən çox müəllim var. Onlardan 19 930 nəfəri kişi, 1781 nəfəri ibtidai sinif müəllimidir.