Heydər Əliyev adına Beynəlxalq Aeroporta üz tutan insanlar təyyarə qəzasında həlak olan şəxslərin xatirəsini ehtiramla yad edirlər.
Teleqraf.com xəbər verir ki, yaralıların yaxınları, müxtəlif dövlət, həmçinin özəl təşkilatların nümayəndələri və sadə vətəndaşlar aeroportda yaradılmış stendin qarşısına gül dəstələri qoyur, həlak olanların ruhlarına dualar oxuyurlar.
Həmin fotoları təqdim edirik:
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb. Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb. Hər iki ölkənin hökumətləri təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiyalar yaradıb. Sahə tədqiqatları Azərbaycanın aviasiya administrasiyası ilə əməkdaşlıq çərçivəsində aparılır.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)