Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

Teleqraf.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, E.Əmrullayev bu günə qədər nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.