BAKI, 11 iyul. TELEQRAF
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel terror təşkilatı PKK-nın silahı buraxması ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, Özgür Özel PKK-nın tərksilah edilməsi barədə qərarını dəstəklədiyini bəyan edib:
"Ölkəmizə çox böyük fəlakətlər yaşadan terrorun əbədi olaraq sona çatması ortaq iradəmizdir. Terror təşkilatının bugünkü simvolik silah buraxma addımını məmnuniyyətlə qarşılayırıq",- deyə o, bildirib.