Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ermənistan baş nazir Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşünün məhsuldar olduğunu açıqlayıb. Regionda proseslərin irəliyə aparılmasında bu görüşlərin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Bu cür görüşlərdə müsbət tendensiyalar hiss olunmaqdadır. Bununla böyük sülh sazişinə gedən yolda mümkün maneələr aradan qalxa bilər. Bu da gözləniləndir. Real mənzərinin yaranmasında maraqlı olan ölkələr ortaya konkret mövqe qoymalıdır. Bu prosesin yekunlaşmasına doğru addım atmalıdırlar. Çünki bu problemlər sonradan hamıya əziyyət verəcək və daha da çətinləşə bilər.
- Rusiyanın prosesdə tənzimləyici mövqeyini necə şərh etmək olar?
- Rusiya sözsüz ki, bu məsələyə anlayışla yanaşmalıdır. Çünki ölkələr bu məsələdə bir-birinə dəstək verməklə həm də öz maraqlarını reallaşdırmağa çalışırlar. Bu maraqlar Azərbaycanın mövqeyi ilə üst-üstə düşürsə, burada narahatedici heç nə olmamalıdır. Biz də çalışmalıyıq ki, bu prosesi çox da ləngitmədən həyata keçirək. Bununla prosesə başqa ölkələrin müdaxilə imkanları ortadan qalxmış olacaq. Ona görə də, bu istiqamətdə ümidliyik. Düşünürük ki, daha yaxşı və anlaşılan istiqamətdə nəticələr əldə etməyə nail olacağıq.
- MDB dövlət rəhbərlərinin görüşü öncəsi bu cür təmasların təsirini necə şərh etmək olar?
- Ümid edirik ki, məsələlərin həlli ilə bağlı müsbət dəyişikliklər olacaq. Hər halda irəliyə doğru müəyyən bir addımların atılmasının alternativi yoxdur. Əks halda bu, hər kəsə zərər vura biləcək mahiyyətdə olacaq.
- Ötən gün qanunsuz erməni silahlıları mülki azərbaycanlıların avtomobilini atəşə tutub. Bu cür hallar prosesə necə təsir göstərə bilər?
- Buna heç bir izah verilə bilməz. Dərhal 10-20 erməni avtomobilini bizimkilər də güllələməlidir. Hansısa bir erməni məhv olur, cəhənnəmə olsun. Çünki biz hər bir şeyin cavabının verməliyik. Necə ki, Gorus-Qafan yolunda belə bir adekvat cavab verməli olduq. Məhz ondan sonra hər kəsin əsl sifəti açıldı. Azərbaycan da öz xarakterini ortaya qoydu. İndi də bu xarakteri ortaya qoymaq lazımdır. Əgər erməni bir Azərbaycan maşınına atəş açıbsa, 10 erməni maşınını güllələmək lazımdır. Çünki bunun başqa yolu yoxdur. Burada sülhməramlıya müraciət etməyin də heç bir adı yoxdur. Dərhal bu cür məsələlər sənədləşdirilməli sülhməramlıları də məlumatlandırıb, deyilməlidir ki, bəs bizim də hansısa bir silahlı birləşmələrimiz qanundan kənar bu addımı atıb. Çünki orada da Azərbaycanın partizanları ola bilər. Ona görə də, təklif edirdim ki, orada müəyyən partizanların olması vacibdir. Biz bu kimi məsələlərdə müəyyən addımlar atarkən, hər şey də dövlətin adı ilə bağlanmasın. Amma ümumilikdə bunun dərhal cavabı verilməlidir. Burada heç bir güzəşt ola bilməz.
- Ermənistan parlamentinin sədri Suriyanın bu ölkədəki səfiri ilə görüşündə növbəti dəfə Türkiyə ilə bağlı açıq hədələr, absurd iddialar səslənib. Əməkdaşlıqdan danışan erməni baş nazirinin komandasının belə ritorikası nəyə hesablanıb?
- Ermənistan döyüşü, müharibəni uduzub. Ona görə də, özü üçün nəsə bir “ideyalar” düşünə bilər. Bunlar boş, mənasız hallardır. Biz öz işimizlə məşğul olmalıyıq. Əgər hücum varsa, hücumla da cavab verilməlidir. Barışla gələnə isə barışıqla cavab vermək lazımdır. Biz qalib dövlətik, qalib statusumuzdan da ağıllı formada istifadə etməliyik.