Türkiyədə yatırımları olan rus iş adamı Mixail Proxorova aid iş yerlərində axtarış əməliyyatı həyata keçirilib.
Teleqraf.com “İnterfaks”a istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putinə qarşı müxalif mövqeyi ilə seçilən Proxorovun müəssisə və ofislərinə polis gəlib. Bundan başqa, milyarderə aid Renaissance Capital, Renaissance Credit, Consent və Quadra şirkətlərinin ofislərində də axtarış olduğu vurğulanıb.
Qeyd edək ki, Türkiyədə də sərmayələri olan Proxorov Bulağa Altinkum bölgəsində 170 hektar sahil zolağına sahibdir.
Nemət