Çinli qadınlar gözəlliklərinə çox düşkündürlər. Onlar gənc və gözəl görünmək üçün ən ağlasığmaz vasitələrə əl atırlar. Ən böyük sirr isə dərini gözəlləşdirən üz maskasıdır.

Publika.az həmin maskanın reseptini təqdim edir:

Tərkibi:

1 çay qaşığı bal

1 çay qaşığı nişasta

1 çay qaşığı dəniz duzu

Hazırlanması:

Əvvəlcə bal və nişastanı rəngi ağarana qədər qarışdırın. Daha sonra dəniz duzunu əlavə edib yenidən qarışdırın. Əgər dəriniz həddən artıq həssas və qurudursa, maskaya 1 çay qaşığı süd əlavə edin.

Bu maska dərini qidalandırır, rəngini bərabərləşdirir, ləkələri aradan qaldırır.

Həftədə bir dəfə tətbiq etmək kifayətdir.