Scoopi Cafe Dubay kafesi öz ziyarətçilərinə 816 dollara eksklüziv Black Diamon dondurması təklif edir.

Teleqraf.com xəbər verir ki, ekzotik desert kafenin baş aşpazı Zubin Daş tərəfindən bütün dünyadan gətirilmiş inqrediyentlərdən 5 həftə ərzində hazırlanıb. Onun tərkibinə Madaqaskardan vanil plombir, dünyada ən yaxşılardan biri hesab olunan İran şafranı və qara italyan trüfelinin hissələri daxildir. Yekun olaraq dondurma 23 karatlıq yeyilə bilən qızıl tozu ilə tamamlanıb və Versace qaşığı ilə təqdim olunur.

Rüstəm