
Əfqanıstanın Pəncşər əyalətində qar uçqunu nəticəsində ölənlərin sayı 124 nəfərə çatıb. Bu barədə Teleqraf.com RİA Novosti-yə istinadən məlumat verir.
Bundan əvvəl təqribən 100 nəfərin öldüyü, 30 nəfərin isə qar uçqunu altında qaldığı bildirilirdi. Həmin vaxt 16 nəfərin cəsədi tapılmışdı.
Hazırda xilasetmə işləri davam edir.