Rusiya Müdafiə Nazirliyi Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi ilə əlaqadar bir sıra maraqlı sənədləri açıqlayıb.
Teleqraf.com bildirir ki, Naziriliyin bununla bağlı yaratdığı pobeda.ru saytında Hitler Almaniyasının 2-ci dünya müharibəsindəki ən məşhur sənədi –“Barbarossa Planı”nın orjinalı yerləşdirilib. Müharibədən sonra Hitlerin bunkerindən qənimət kimi ələ keçirilən bu sənəd SSRİ-yə qarşı elan edilən müharibənin əsas planı olub. 1941-ci ildə Hitlerin təsdiq etdiyi “Babrbarossa planı”na əsasən “ildırımsürətli müharibə” taktikası ilə SSRİ 3 ay ərzində işğal olunmalı idi. Xəritədə alman –faşist və sovet ordusunun yerləşmə yerləri, hucum obyektləri və qoşun, texnikanın hərəkət istiqamətləri əks olunub.
X.Səfəroğlu