Rusiyada dövlət qurumu gənclərin selfie çəkməməsini tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, Rusiya sanitariya və epidimalogiyaya nəzarət edən dövlət qurumunun Kursk bölgə nümayəndəliyi insanları selfie çəkməməyə səsləyib. Onlar selfie nəticəsində insanların qrup halında toplanmasının saç bitinin daha geniş kütləyə yayılmasına səbəb olduğunu bildiriblər.
Xəbərdarlıq sosial mediada gülüş hədəfinə çevrilərkən, təşkilatın keçmişdə verdiyi mübahisəli təkliflər də gündəmə gəlib.
Dövlət qurumunun keçmiş rəhbəri Gennadi Onişenko da qarğaların quş qripi yaydığını söyləyərək məhv edilmələrini təklif etmişdi.
Rüstəm