Sabah Azərbaycan ərazisində hava şəraiti yağıntılı hava şəraiti gözlənilir.
Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Havanın temperaturunun gecə 6-9, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın bölgələrində bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Dağlıq ərazilərdə sulu qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var