Avstraliyada britaniyalı kişi paltar dəyişmə otaqlarında 49 qadının gizlin fotolarını çəkməkdə ittiham olunur.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, 28 yaşlı kişi şənbə günü Queenslandin Sunshine Sahilində çimərlik geyimi mağazasında həbs edilib.

Onun telefonunda 100-dən çox lüt qadın foto və videolarının aşkarlandığı deyilir.

Görüntülərdən bəziləri onun şəxsi Facebook hesabına yüklənib.

Qadınlardan biri soyunub-geyinmə kabinəsində telefonla çəkildiyini görən kimi polisə xəbər edib.

Britaniyalı kişi şəxsi həyata müdaxilə maddəsilə ittiham olunub.